...

ABŞ məhkəməsi TikTok-un yüklənməsinə qoyulan qadağanı müvəqqəti olaraq bloklayıb

Dünya xəbərləri Materials 28 Sentyabr 2020 07:16 (UTC +04:00)
ABŞ məhkəməsi TikTok-un yüklənməsinə qoyulan qadağanı müvəqqəti olaraq bloklayıb

Bakı. Trend:

ABŞ məhkəməsi ölkə administrasiyasının "TikTok" sosial şəbəkə tətbiqinin Google və Apple tətbiq mağazalarından silinməsinə dair qərarının qüvvəyə minməsini müvəqqəti olaraq dayandırıb.

Trend-in məlumatına görə, Kolumbiya dairə məhkəməsinin elektron məlumat bazasında mövcud sənədlərdə qeyd edilib.

Qeyd edək ki, qadağanın 20 sentyabrda qüvvəyə minməsi nəzərdə tutulurdu, lakin ABŞ prezidenti Donald Tramp 19 sentyabrda jurnalistlərə "TikTok"- un Amerika seqmentinin Oracle və Walmart tərəfindən alınmasına razılıq verdiyini deyib.

Bundan sonra Ticarət Nazirliyi tətbiqin yüklənməsinə qoyulan qadağanın qüvvəyə minməsini bir həftə - yerli vaxtla 27 sentyabr 23:59-a qədər təxirə saldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti