Bakı. Trend:
Tayvanın cənub hissəsində 5 bal gücündə zəlzələ baş verib.
Trend-in adanın Seysmologiya Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Taydun şəhərindən 43,9 kilometr cənub-qərbdə, ocağı isə 9,9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.