Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 58 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 58 xəstə dünyasını dəyişib".
Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı son sutkada 4 395 olmaqla 334 813 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 5 687-ə yüksəlib.