...

Virciniyada ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var

Dünya xəbərləri Materials 18 Oktyabr 2020 09:28 (UTC +04:00)
Virciniyada ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var

Bakı. Trend:

ABŞ-ın Harrisonberq şəhərində (Virciniya ştatı) yerləşən ticarət mərkəzlərindən birində partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib.

Virciniyanın qubernatoru Ralf Nortem öz "Twitter" səhifəsində hadisəni "qaz partlayışı" adlandırıb: "Komandam və mən bu səhər Harrisonberqdəki qaz partlayışından sonra vəziyyəti yaxından izləyirik".

Qeyd edilir ki, hazırda partlayışın səbəbi polislər tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti