...

Ermənistanda bir gündə 2 300-dən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2020 10:52 (UTC +04:00)
Ermənistanda bir gündə 2 300-dən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 70 836 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 306 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 131 nəfər koronavirusdan ölüb, 19 591 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti