...

Moskvada koronavirusdan daha 62 nəfər ölüb

Dünya xəbərləri Materials 23 Oktyabr 2020 04:23 (UTC +04:00)
Moskvada koronavirusdan daha 62 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 62 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 62 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 6 249 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti