...

İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2020 09:44 (UTC +04:00)
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb

Bakı. Nərgiz Sadıxova - Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi bir sıra fransalı siyasətçinin islamofob ritorikasından təəssüfləndiyini bildirir.

Trend-in məlmatına görə, bu barədə İƏT-in bəyanatında deyilir.

Qeyd olunur ki, təşkilat Məhəmməd peyğəmbərin təhqiramiz karikaturalarının davamlı şəkildə dərc olunmasını diqqətlə izləyir:

"İƏT din pərdəsi altında törədilən terror aktlarını pislədiyini bir daha bəyan edir, bir sıra siyasətçilərin gözlənilmız ritorikasını təəssüflə izləyir və bu ritorikanın müsəlman-fransız münasibətlərinə ziyan vurduğunu hesab edir."

Bəyanatda qeyd olunur ki, İƏT həmişə İslam, xristianlıq və yəhudi peyğəmbərlərinin məsxərəyə qoyulmasını pisləməyə davam edəcək:

"Baş katiblik, din adı altında bütün terror aktlarına qarşı birmənalı şəkildə qınama mövqeyi tutaraq, daha əvvəl Fransa vətəndaşı Samuel Pati-nin vəhşicəsinə öldürülməsini də pisləmişdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti