Bakı. Trend:
Ermənistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 2 314 nəfər yoluxub.
Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 77 837 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində 23 nəfər yeni koronavirusdan ölüb, ölənlərin ümumi sayı 1 180 nəfər təşkil edir.