Bakı. Trend:
İzmirdəki zəlzələ nəticəsində həlak olanalrın sayı 105-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib.
Hadisə nəticəsində 1000-dən artıq insan xəsarət alıb.
Hazırda 5 binada axtarış-xilasetmə işləri davam edir. Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.