...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 590 mindən çox artıb

Dünya xəbərləri Materials 15 Noyabr 2020 23:17 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 590 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 590 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 594 000 nəfər yeni koronavirusa yoluxub, 8 570 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 53 766 728, ölənlərin isə 1 308 975 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti