...

Sergey Şoyqu ilə Paşinyan arasında görüş keçirilir (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 21 Noyabr 2020 11:23 (UTC +04:00)
Sergey Şoyqu ilə Paşinyan arasında görüş keçirilir (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistana səfər edib.

Trend-in məlumatına görə, hal-hazırda S.Şoyqu ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

X X X

10.40

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Yerevana səfər edib.

Trend-in məlumatına görə, naziri Rusiyanın qurumlararası nümayəndə heyəti müşayiət edir.

S.Şoyqunun baş nazir Nikol Paşinyanla görüşü nəzərdə tutulub.

Bundan başqa, Ermənistana Rusiyanın XİN rəhbəri Sergey Lavrovun, baş nazirin müavini Aleksandr Novakın, fövqəladə hallar naziri Yevgeni Ziniçev səfərləri gözlənilir.

Rusiya nümayəndə heyəti erməni rəsmilərlə Qarabağdakı vəziyyəti, sülhməramlıların yerləşdirilməsi, Rusiyanın maliyyə və texniki yardımı məsələlərini müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti