...

Rumıniyanın baş naziri istefaya gedir

Dünya xəbərləri Materials 8 Dekabr 2020 03:11 (UTC +04:00)

Bakı. Trend:

Ruməniyanın baş naziri Ludovik Orban istefaya gedəcəyini bəyan edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, baş naziri bu qərarı rəhbərlik etdiyi Milli Liberal Partiyanın parlament seçkilərində məğlubiyyətindən sonra qəbul edib.

L.Orban bildirib: "Mən bu gün istefa vermək qərarına gəldim".

Qeyd edək ki, Ruməniyada parlament seçkiləri dekabrın 6-sı keçirilib. İlkin məlumata əsasən, parlament seçkilərində 30,5 faiz səs toplayan Sosial Demokrat Partiyası liderlik edir, Ludovik Orbanın rəhbərlik etdiyi Milli Liberal Partiya isə seçkilərdə 29 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti