...

Türkiyədə koronavirusdan sağalanların sayı 441 mini keçib

Dünya xəbərləri Materials 8 Dekabr 2020 23:16 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 441 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 211 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 15 314 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 593 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 552 304 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 5 245 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 441 515 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti