...

Türkiyə son bir ay ərzində terrorçulara qarşı 33 əməliyyat keçirib - Milli Müdafiə Nazirliyi

Dünya xəbərləri Materials 13 Dekabr 2020 21:14 (UTC +04:00)
Türkiyə son bir ay ərzində terrorçulara qarşı 33 əməliyyat keçirib - Milli Müdafiə Nazirliyi

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri son bir ay ərzində ölkə ərazisində və xaricində terrorçulara qarşı 33 əməliyyat keçirib. Əməliyyatlar nəticəsində 68 terrorçu məhv edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rmətbuat xidmətinin rəhbəri Nadide Şebnem Aktop deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri terrorizmin bütün təzahürlərinə, o cümlədən PPK və İŞİD terror qruplaşmalarına qarşı qətiyyətlə mübarizə aparmağa davam edir: "Son bir ay ərzində 9 böyük miqyaslı və 24 orta miqyaslı əməliyyat həyata keçirilib. Ümumilkdə 33 əməliyyat həyata keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti