...

ABŞ Konqresi hökumətin maliyyələşdiliməsini iki gün uzadıb

Dünya xəbərləri Materials 19 Dekabr 2020 04:17 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Konqresinin Senatı federal hökumətin müvəqqəti olaraq 20 dekabr tarixinədək maliyyələşdirilməsi üzrə qanun layihəsini təsdiq edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, daha əvvəl qanun layihəsini Konqresin Nümayəndələr Palatası təsdiq etmişdi.

Məlumata əsasən, yaxın saatlarda təşəbbüsü ölkə prezidenti Donald Tramp imzalamalıdır.

Qeyd edək ki, dövlət qurumlarının fəaliyyətinin maliyyələşdirilməsinə dair hazırkı qanunun müddəti ABŞ vaxtı ilə dekabrın 19-u bitəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti