...

ABŞ-da daha bir koronavirus vaksininin istifadəsinə icazə verilib

Dünya xəbərləri Materials 19 Dekabr 2020 06:15 (UTC +04:00)
ABŞ-da daha bir koronavirus vaksininin istifadəsinə icazə verilib

Bakı. Trend:

ABŞ-ın Ərzaq və Dərman Mhəsullarının Keyfiyyəti üzrə İdarəsi (FDA) "Moderna" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksininin istifadəsinə icazə verib.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə FDA-nın mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda deyilir: "Bu gün FDA ikinci COVID-19 vaksininin fövqəladə şəraitdə istifadəsinə icazə verib. Fövqəladə şəraitdə istifadənin təsdiqlənməsi ABŞ-da 18 və ya daha yuxarı yaşda insanlara vaksinin istifadəsinə imkan verir".

Xatırladaq ki, daha əvvəl ABŞ-da "BioNTech" və "Pfizer" şirkətlərinin vaksinin istifadəsinə icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti