...

Rusiyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 28,9 mini ötüb

Dünya xəbərləri Materials 20 Dekabr 2020 13:58 (UTC +04:00)
Rusiyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 28,9 mini ötüb

Bakı. Trend:

Rusiyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 2,8 milyon nəfəri keçib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə son sutka ərzində 28 948 nəfər virusa yoluxub, 511 nəfər isə vəfat edib.

Bu günə qədər Rusiyada 2 848 377 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 50 858 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 275 657 nəfər virusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti