...

Braziliyada koronavirusdan bir sutkada 300-dən artıq ölüm halı qeydə alınıb

Dünya xəbərləri Materials 27 Dekabr 2020 08:25 (UTC +04:00)
Braziliyada koronavirusdan bir sutkada 300-dən artıq ölüm halı qeydə alınıb

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 17 246 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 465 806 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 307 nəfər ölüb, ölənlərin ümumi sayı 190 795 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti