Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsal etdiyi koronavirusa qarşı vaksin təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sözügedən vaksin yeni növ koronavirus yayılmağa başlayandan sonra bu siyahıya daxil edilən ilk vaksin olub.
Məlumatda bildirilir: "Ümumdünya Səhiyyə Təşkilatı bu gün COVID-19-a qarşı "Comirnaty" vaksinini təcili istifadə üçün dərmanlar siyahısına əlavə edib və beləliklə "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsal etdiyi vaksin ÜST -dən təcili təsdiq alan ilk vaksin olub".
Qeyd edilir ki, müvafiq qərar vaksinin təhlükəsizliyi, effektivliyi və keyfiyyəti barədə məlumatların təhlilindən sonra qəbul edilib.