Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 64 025 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 195 637 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 110 nəfər ölüb, ölənlərin ümumi sayı 204 690 nəfər təşkil edir.