...

ABŞ-da etiraz aksiyaları başlayıb, saxlanılanlar var

Dünya xəbərləri Materials 21 Yanvar 2021 12:36 (UTC +04:00)
ABŞ-da etiraz aksiyaları başlayıb, saxlanılanlar var

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən sonra ölkənin bəzi şəhərlərində etiraz aksiyaları keçirilib.

Trend-in məlumatına görə, Siettl və Portlend şəhərlərində toqquşmalar qeydə alınıb.

Siettldə aksiya iştirakçıları məhkəmə binasına və "Amazon" mağazasına ciddi ziyan vurub.

Portlenddə təxminən 150 nəfərdən ibarət qrup Demokratlar partiyasının binasına hücum edib.

Aksiyalar nəticəsində ümumilikdə 10 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti