...

Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

Dünya xəbərləri Materials 22 Yanvar 2021 16:32 (UTC +04:00)
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

Bakı. Orxan Nəbiyev.

Moskvada Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda strateji stabillik məsələləri, eləcə də rusiyadaxili problemlər müzakirə mövzusu olub.

İclasda, həmçinin Strateji Hücum Silahlarının Azaldılması barədə Saziş müzakirə olunub.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-la Rusiya arasında imzalanmış bu sazişin müddəti 2021-ci il fevralın 5-də bitir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti