...

Türkiyədə son sutkada koronavirusdan 8 093 nəfər sağalıb

Dünya xəbərləri Materials 30 Yanvar 2021 03:46 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 8 093 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 131 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 25 736 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 912 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 464 030 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 093 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 348 309 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti