...

Meksikada 90 milyon dollar məbləğində narkotik partiyası müsadirə edilib

Dünya xəbərləri Materials 7 Fevral 2021 05:28 (UTC +04:00)
Meksikada 90 milyon dollar məbləğində narkotik partiyası müsadirə edilib

Bakı. Trend:

Meksika hərbçiləri Sinaloa ştatının şimal-qərb sahillərində böyük narkotik partiyası daşıyan gəmini saxlayıb.

Trend-in məlumatına görə, bu barədə Hərbi Dəniz Donanması Nazirliyi bildirib.

Məlumata əsasən, iki nəfər tərəfindən idarə olunan gəmidə 2,5 tondan çox metamfetamin və 100 000-dən çox fentanil həbi tapılıb.

Təxmini hesablamalara görə, qara bazarda qanunsuz yüklərin ümumi dəyəri 90 milyon dollar civarındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti