...

Cənubi Afrikada əhalinin "AstraZeneca" peyvəndi ilə vaksinasiyası təxirə salındı

Dünya xəbərləri Materials 8 Fevral 2021 09:44 (UTC +04:00)
Cənubi Afrikada əhalinin "AstraZeneca" peyvəndi ilə vaksinasiyası təxirə salındı

Bakı. Trend:

Cənubi Afrika Respublikasının hakimiyyəti əhalinin koronavirusa qarşı vaksinasiyası kampaniyası çərçivəsində "AstraZeneca" şirkətinin istehsal etdiyi peyvəndlərdən istifadəni təxirə salıb.

Trend-in "TASS"a isitnadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı ölkənin səhiyyə naziri Zvelini Mkize deyib.

Onun sözlərinə görə, bu barədə qərar sözügedən peyvəndlərin koronavirusun "Cənubi Afrika ştammına" qarşı effektivsizliyi barədə məlumatlardan sonra qəbul edilib:

"Bu, müvəqqəti problemdir. Biz bu problemi həll edənə qədər "AstraZeneca" peyvəndi ilə vaksinasiyanı təxirə salmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti