...

Somalidə prezident iqamətgahı yaxınlığında partlayış: Ölən və yaralılar var

Dünya xəbərləri Materials 13 Fevral 2021 15:18 (UTC +04:00)
Somalidə prezident iqamətgahı yaxınlığında partlayış: Ölən və yaralılar var

Bakı. Orxan Nəbiyev - Trend:

Somalinin paytaxtı Moqadişoda prezident iqamətgahı və parlament binası yaxınlığında partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Qeyd olunur ki, hadisə nəzarət-buraxılış məntəqəsəindən keçən avtomobilin partladılması yolu ilə törədilib.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti