...

Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı

Dünya xəbərləri Materials 2 Mart 2021 19:31 (UTC +04:00)
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı

Bakı. Orxan Nəbiyev - Trend:

Niderland rəssamı Vinsent van Qoqun "Gənc yapon qız" əsərinin eskizi rekord qiymətə satılıb.

Trend-in məlumatına görə, 1888-ci ildə çəkilmiş eskiz Nyu-Yorkda 10,4 milyon dollara satın alınıb.

Şəkli alan şəxsin adı açıqlanmayıb.

Niderlandlı rəssamın əsərinin orijinalı Vaşinqtonda Milli İncəsənət Qalereyasında saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti