Bakı. Orxan Nəbiyev - Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin müddəti uzadılıb.
Trend-in məlumatına görə, fevralın 2-dən qüvvəyə minmiş məhdudiyyətlər Ramazan ayının əvvəlləri, aprelin ortalarınadək davam edəcək.
Bu müddət ərzində kinoteatrlar, kafe və restoranlar yalnız 50 faiz müştəri qəbul edəcək.
Eyni zamanda, səhərə qədər işləyən müəssisələr saat 01:00-da bağlanmalı olacaq.