...

Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 8 Mart 2021 19:19 (UTC +04:00)
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Avstriyada koronavirusun Braziliyada aşkarlanan ştammına ilk yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Zalzburq federal torpağının hökumətindən bildiriblər.

Məlumata əsasən, yoluxma halı Salzburq şəhərində aşkarlanıb: "Bu günə qədər Zalzburq səhiyyə orqanları P.2 virusunun Braziliya variantına bir yoluxma təsdiqləyiblər".

Bildirilir ki, bu ştamma digər yoluxma halları qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti