...

"WhatsApp"da yeni funksiya işə salınacaq

Dünya xəbərləri Materials 6 Aprel 2021 13:12 (UTC +04:00)
"WhatsApp"da yeni funksiya işə salınacaq

Bakı. Orxan Nəbiyev - Trend:

"WhatsApp" messenceri danışıq tarixçələrinin "iOS" və "Android" əməliyyat sistemləri arasında köçürülməsini asanlaşdıracaq funksiyanı işə salmağı planlaşdırır.

Trend-in məlumatına görə, yeni funksiya həm dialoqların, həm də faylların, eləcə də mediafaylların bir qurğudan digərinə köçürülməsini nəzərdə tutur.

Hazırda bu cür köçürülmə yalnız əlavə proqramların istifadəsi ilə mümkündür.

Bu funksiyanın hazırda sınaq mərhələsində olduğu və "WhatsApp"ın növbəti yenilənmələrinin birində işə düşəcəyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti