...

Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü

Dünya xəbərləri Materials 10 Aprel 2021 04:15 (UTC +04:00)
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü

Bakı. Trend:

Hindistanda ən az dörd nəfər xəstəxanada baş verən yanğında ölüb.

Trend-in məlumatına görə, bu barədə "Hindustan Times" mənbələrə istinadən bildirib.

Bildirilib ki, yanğın koronavirusa yoluxan insanların müalicə aldığı xəstəxanada baş verib.

Məlumata əsasən, yanğın xəstəxananın birinci mərtəbəsində ötən gün axşam saatlarında başlayıb. Yanğının tüstüsü 10 xəstənin müalicə olunduğu reanimasiya şöbəsinin yerləşdiyi ikinci mərtəbəyə yayılıb.

Xəstəxana heyəti yalnız altı nəfəri xilas edə bilib, qalan dörd xəstə boğulma səbəbindən ölüb. Ölənlərin şəxsiyyəti hələki müəyyənləşdirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti