...

Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər

Dünya xəbərləri Materials 10 Aprel 2021 05:16 (UTC +04:00)
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər

Bakı. Trend:

Epidemioloji vəziyyətə görə Rusiya ilə Türkiyə arasında uçuşlar 12 aprel tarixindən bir ay məhdudlaşdırıla bilər.

Trend-in məlumatına görə, bu barədə "İzvestiya" qəzeti Rusiya Nəqliyyat Nazirliyinə və iki böyük turizm agentliklərinin mənbələrinə istinadən bildirib.

Məlumata əsasən, məhdudlaşdırıcı tədbirlər aprelin 12-dən etibarən qüvvəyə minə bilər, lakin uçuşların tam dayandırılması gözlənilmir.

Məhdudiyyətlərin çarter uçuşlarına qadağanı əks etdirəcəyini və Türkiyədən gələnlər üçün 14 günlük karantin tətbiq olunmasının mümkün olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti