Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyənin Bursa vilayətində yük qatarı relsdən çıxıb.
Trend-in məlumatına görə, qəza ilə əlaqədar vilayət ərazisində yük daşımaları dayandırılıb.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgəyə xilasedicilər cəlb olunub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.