...

İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden

Dünya xəbərləri Materials 17 Aprel 2021 07:13 (UTC +04:00)

Bakı. Trend:

İranın uranı 60 faizə qədər zənginləşdirmək barədə qərarı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların keçirilməsinə kömək etmir.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Cozef Bayden Ağ Evdə Yaponiyanın baş naziri Yoşihide Suqa ilə birgə mətbuat konfransı zamanı deyib.

C.Bayden bildirib: "İranın uranı 60 faizə qədər zənginləşdirmək barədə qərarını dəstəkləmirik və bu qərarın danışıqlara kömək etdiyini düşünmürük. Bu razılaşmaya ziddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti