...

Rusiyada koronavirusun iki yeni forması tapılıb

Dünya xəbərləri Materials 19 Aprel 2021 13:09 (UTC +04:00)
Rusiyada koronavirusun iki yeni forması tapılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusun iki yeni variantının formalaşması qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova deyib.

Onun sözlərinə görə, ölkə ərazisində virusun Sibir variantı və şimal-qərb variantı müşahidə olunub:

"Bu mutasiyaların heç biri xaricdə qeydə alınan ştammlara bənzəmir".

O bildirib ki, yeni variantlarla əlaqədar zəruri araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti