...

Fransada koronavirusun "Hindistan" ştammı aşkarlanıb

Dünya xəbərləri Materials 30 Aprel 2021 05:28 (UTC +04:00)

Bakı. Trend:

Fransanın cənub-qərbində Lo və Qarona departamentində koronavirusun Hindistanda aşkarlanan ştammına yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Yeni Akvitaniya bölgəsinin regional Səhiyyə Agentliyinin rəhbəri Benua Elbood deyib.

B.Elbood bildirib: "Bu, bölgəmizdə təsdiqlənmiş ilk haldır. Sözügedən yoluxma halı Tuluza laboratoriyasında aparılan tədqiqatlar nəticəsində müəyyən edilib. Biz bunun daha yoluxucu bir variant olduğuna və vaksinlərə qarşı bir qədər daha davamlı olduğuna şübhə edirik".

Məlumata əsasən, yeni ştamm Hindistandan gələn Fransa vətəndaşında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti