...

İraqın şimalında raket hücumu nəticəsində türk əsgəri həlak olub

Dünya xəbərləri Materials 12 İyun 2021 06:45 (UTC +04:00)

Bakı. Trend:

İraqın şimalında separatçı terror təşkilatının raket atəşi nəticəsində Türkiyə hərbi qulluqçusu həlak olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, hadisə "Pençe-Yıldırım" əməliyyatı keçirilən ərazisində baş verib.

"11 iyun 2021-ci ildə "Pençe-Yıldırım" əməliyyatı bölgəsində separatçı terror təşkilatı tərəfindən bazamıza qarşı həyata keçirilən raket atəşi nəticəsində qəhrəman yoldaşlarımızdan biri həkimlərin bütün müdaxilələrinə baxmayaraq ağır yaralanaraq öldü".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti