...

Səslər tam hesablandı: Paşinyana təkbaşına hökuməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 21 İyun 2021 08:43 (UTC +04:00)
Səslər tam hesablandı: Paşinyana təkbaşına hökuməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 100 faizi hesablanıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səs toplayıb. Paşinyanın partiyasına təkbaşına höküməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb.

Səsvermədə ikinci yeri 21,04 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku tutub. Üçüncü yerdə 5,23 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

XXX

08:35

Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 99 faizi hesablanıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,98 faiz səslə liderlik edir.

Bildirilir ki, ikinci yerdə 21,1 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə 5,21 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

XXX

07:34

Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 95,8 faizi hesablanıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 54,21 faiz səslə liderlik edir.

Bildirilir ki, ikinci yerdə 20,89 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə 5,25 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

XXX

06:30

Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 86,4 faizi hesablanıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 55,02 faiz səslə liderlik edir.

Bildirilir ki, ikinci yerdə 20,41 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə 5,23 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

XXX

04:52

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 55,61 faiz səslə liderlik edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının 75 faizdən çox məntəqənin səslərinin hesablamasından sonra bildirilib.

Məlumata əsasən, ikinci yerdə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə Serj Sakisyanın "Şərəfim var" bloku qərarlaşıb.

XXX

03:52

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 58 faiz səslə liderlik edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının 50 faizdən çox məntəqənin səslərinin hesablamasından sonra bildirilib.

Məlumata əsasən, ikinci yerdə 18,75 faiz səslə Robert Koçaryanın bloku qərarlaşıb.

XXX

03:30

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 58,02 faiz səslə liderlik edir.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının təxminən 33,49 faiz məntəqənin səslərinin hesablamasından sonra bildirilib.

Məlumata əsasən, ikinci yerdə 18,84 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə 5,27 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

XXX

01:22

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 59,49 faiz səslə liderlik edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının təxminən 21,7 faiz məntəqənin səslərinin hesablamasından sonra bildirilib.

Məlumata əsasən, ikinci yerdə 18,14 faiz səslə Robert Koçaryanın bloku qərarlaşıb.

XXX

20.06.21

23:58

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 58,04 faiz səslə liderlik edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının təxminən 4 faiz məntəqənin səslərinin hesablamasından sonra bildirilib.

Məlumata əsasən, N.Paşinyanın partiyası 58,04 faiz, Robert Koçaryanın bloku 22,01 faiz səs toplayıb, üçüncü yerdə 5,66 faiz səsləsabiq prezident Serj Sarkiyanın bloku, dördüncü yerdə isə 5,11 faiz səslə biznesmen Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti