...

Britaniyanın səhiyyə naziri istefaya gedir

Dünya xəbərləri Materials 26 İyun 2021 23:12 (UTC +04:00)
Britaniyanın səhiyyə naziri istefaya gedir

Bakı. Trend:

Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok istefaya getmək barədə qərar qəbul etdiyi bildirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə nazir özünün "Twitter" səhifəsində yazıb.

M.Henkok bildirib: "Səhiyyə və sosial işlər naziri vəzifəmdən istefa ərizəmi vermək üçün bu gün baş nazirlə görüşdüm. Başa düşürəm ki, bu ölkənin bütün sakinləri (pandemiya ilə mübarizə və karantin tədbirləri zamanı -red.) böyük fədakarlıqlar etməli oldular. Bu qaydaları təyin edənlər onlara riayət etməlidirlər və buna görə də mən vəzifəmdən ayrılmalıyam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti