...

Qazaxıstanın bütün regionlarında "Delta" ştammı aşkarlanıb - Səhiyyə Nazirliyi

Dünya xəbərləri Materials 2 İyul 2021 08:51 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanın bütün regionlarında koronavirusun "Delta" ştammına yoluxma halları qeydə alınıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Qazaxıstna "Delta" ştammının təyin edilməsi məqsədilə iyulun 1-i 414 nümunənin PZR skrininqi həyata keçirilib.

Bildirilir ki, nümunələrdən 43,3 faizində (ölkənin bütün vilayətləri və Nur-Sultan, Almatı, Çimkənd şəhərlərində) "Delta" ştammına rast gəlinib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 96 ölkədə koronavirusun "Delta" ştammının aşkarlandığını təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti