...

Yaponiyanın qərbində təxminən 75 min nəfər leysan yağışlara görə təxliyyə ediləcək

Dünya xəbərləri Materials 12 İyul 2021 07:36 (UTC +04:00)
Yaponiyanın qərbində təxminən 75 min nəfər leysan yağışlara görə təxliyyə ediləcək

Bakı. Trend:

Yaponiyanın Şimane prefekturası hakimiyyəti 75 minə yaxın yerli sakinin təxliyyə edilməsinə əmr verib.

Trend-in məlumatına görə, bu barədə NHK televiziya kanalı xəbər verib.

Məlumata əsasən, buna səbəb bölgədə leysan yağışlarla əlaqədar torpaq sürşməsinin baş verməsi təhlükəsidir.

Şimanenin bir sıra rayonlarında bir saat ərzində təxminən 100 mm yağıntının düşdüyü qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti