...

Çində 600-dən çox aviareys təxirə salındı

Dünya xəbərləri Materials 12 İyul 2021 10:25 (UTC +04:00)
Çində 600-dən çox aviareys təxirə salındı

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin paytaxtı Pekində hava limanlarında 600-dən çox reys təxirə salınıb.

Trend-in məlumatına görə, qərar aramsız leysan yağışları ilə əlaqədardır.

Qeyd olunur ki, ümumilikdə 2 hava limanında 663 reys təxirə salınıb.

Pekində yağıntılar ötən gün axşam saatlarından başlayıb. Sinoptiklər sabah səhərədək 100 millimetrədək yağıntının düşəcəyini proqnozlaşdırır.

Şəhər rəhbərliyi yağışın mümkün fəsadlarının aradan qaldırılması üçün 15 min nəfəri səfərbər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti