...

Çində "Sinopharm" vaksininin 17 yaşadək uşaqlara vurulmasına razılıq verilib

Dünya xəbərləri Materials 17 İyul 2021 17:16 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Çin hökuməti "Sinopharm" əczaçılıq şirkətinin koronavirusa qarşı vaksinin 3 yaşdan 17 yaşadək uşaqlara vurulmasına razılıq verib.

Trend-in məlumatına görə, vaksinin həmin yaş qrupundan olan uşaqlar üzərində sınaqlarının birinci və ikinci mərhələləsi başa çatıb.

Sınaqlar zamanı vaksin tam təhlükəsizlik nümayiş etdirib. Sınaqlarda 3-17 yaş arası 900 nəfər iştirak edib. Vaksinin ciddi yan təsirləri qeydə alınmayıb.

Qeyd edək ki, Çində iyunun əvvəlində 3 yaşından böyük uşaqlar üçün "Sinovac" vaksininin istifadəsinə icazə verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti