...

Hindistanda daşqınlar nəticəsində onlarla insan ölüb

Dünya xəbərləri Materials 19 İyul 2021 15:31 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Hindisanın Mumbay şəhərində baş vermiş leysan və daşqılar nəticəsində 33 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 6 nəfər xəsarət alıb.

Qeyd olunur ki, ölüm hallarının əksəriyyəti iki torpaq sürüşməsi nəticəsində qeydə alınıb. 3 nəfər isə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Mumbay şəhərində ən yüksək, "qırmızı" təhlükə səviyyəsi elan edilib. Ölüm hallarının artacağı istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti