...

Britaniyada koronavirusa yoluxanların sayı 5,9 milyonu ötüb

Dünya xəbərləri Materials 3 Avqust 2021 04:11 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 21 952 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 902 354 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan daha 24 nəfər, hazırkı dövrədək isə 129 743 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti