...

ABŞ "Delta" ştammına görə karantin məhdudiyyətləri tətbiq etməyəcək

Dünya xəbərləri Materials 3 Avqust 2021 09:05 (UTC +04:00)
ABŞ "Delta" ştammına görə karantin məhdudiyyətləri tətbiq etməyəcək

ABŞ rəhbərliyi yeni “Delta” ştammına görə, ölkədə yenidən karantin məhdudiyyətləri tətbiq etmək niyyətində deyil.

Trend-in məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki mətbuat konfransında deyib.

O bildirib: “Yenidən iş sahələrində məhdudiyyətlər olmayacaq. İqtisadi sahədə çox irəliləmişik”.

Ağ Evin sözcüsünə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bu həftə xeyli sayda qonağın iştirakı ilə 60 yaşını qeyd etməyinə dair sual verilib. C.Psaki sualı cavablandıraraq deyib: "Əlbəttə ki, hər kəsə tibb mütəxəssislərinin tövsiyələrinə riayət etməyi məsləhət görürük. Bildiyimə görə, keçmiş prezident tibb işçilərinin tövsiyələrinə əməl edərək vaksinasiyanın güclü tərəfdarıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti