...

Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub

Dünya xəbərləri Materials 4 Avqust 2021 17:49 (UTC +04:00)
Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan baş nazirinin sabiq müavini Tiqran Avinyanın müşaviri Vaan Unanyan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi təyin edilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə XİN-in açıqlamasında deyilir.

Qeyd olunur ki, V.Unanyan avqustun 2-də baş nazirin müavinin müşaviri vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, sabiq mətbuat katibi Anna Nağdalyan mayın 31-də vəzifəsindən istefa verib.

Hazırda Ermənistanda xarici işlər nazirinin vəzifələrini Armen Qriqoryan icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti