...

Konqonun şərqində silahlılar 15 nəfəri öldürüb

Dünya xəbərləri Materials 7 Avqust 2021 00:17 (UTC +04:00)
Konqonun şərqində silahlılar 15 nəfəri öldürüb

Bakı. Trend:

Son iki gündə "Demokratik Qüvvələr Alyansı" terror qruplaşmasının silahlıları tərəfindən Konqo Demokratik Respublikasının şərqində ən azı 15 nəfər öldürülüb.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli icmalara istinadən bildirib.

Onların nümayəndələrinin sözlərinə görə, iki hücum Şimali Kivu vilayətinin Beni bölgəsində törədilib. İlk hücumu silahlılar avqustun 5-də Mbingi kəndində həyata keçirərək 10 nəfəri öldürdü. Ertəsi gün onlar Mbingadan bir kilometr aralıda yerləşən bir kəndə hücum edərək daha beş sakini öldürdülər.

Terrorçulara müqavimət göstərmək üçün bölgəyə ordu birlikləri göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti