...

Türkiyədə daşqınlarda ölənlərin sayı 9-a çatıb

Dünya xəbərləri Materials 12 Avqust 2021 17:22 (UTC +04:00)
Türkiyədə daşqınlarda ölənlərin sayı 9-a çatıb

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin şimalındakı Kastamonu vilayətində daşqınlar nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.

Trend-in məlumatına görə, bölgədə axtarış-xilasetmə və təxliyə işləri üçün 17 helikopter cəlb edilib.

Daşqınlar Kastamonu, Sinop və Bartın vilayətlərində ciddi fəsadlar törədib. Üç vilayətdən 900-dən çox sakin təxliyə olunub.

Bartında ötən gün itkin düşmüş şəxsin axtarışları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti