...

Nigeriyada vəba epidemiyası - 150-ə yaxın şəxs ölüb

Dünya xəbərləri Materials 12 Avqust 2021 18:55 (UTC +04:00)
Nigeriyada vəba epidemiyası - 150-ə yaxın şəxs ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Nigeriyanın şimal-qərbindəki Kebbi ştatında vəba epidemiyasından 146 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, ümumilikdə ştat ərazisində 2 mindən çox şəxs vəbaya yoluxub.

Hazırda ölkənin 20 ştatında xəstəliyə yoluxanların olduğu deyilir.

İlin əvvəlindən bugünədək Nigeriyada 800-dən çox şəxs vəba nəticəsində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti